Bildirişlərin Qeydiyyata Alınması

 

Qeydiyyatdan keçmiş şəxs portalda bildiriş qeydiyyatını həyata keçirə, axtarış edə və bildirişə etirazını bildirə bilər. İstifadəçi adı və şifrəsini  portalda daxil ol bölməsindən şəxsi kabinetə giriş üçün aidiyatı xanalara daxil edərək, Reyestrdə onun üçün yaradılmış hesaba daxil olmalıdır.

 

Bildiriş yükləmək üçün menyunun yeni bildiriş hissəsinə keçid edilməlidir. Yüklülük növünə görə Xüsusi və ya dövlət\bələdiyyə yüklülüyü üzrə bildirişi  seçərək tələb olunan məlumatları daxil edir.

 

Xüsusi yüklülük bildirişində yüklülüyün yaranma əsası qanun və ya müqavilə üzrədir. Yaranma əsası buradan seçilir. Müqavilə bağlandığı təqdirdə xananı işarəliyir, bu təqdirdə sistem müqavilə tarixini və nömrəsini tələb edir. Daha sonra yüklülük predmetinin aid olduğu məhsul kateqoriyası seçilərək təsviri qeyd edilir. Öhdəlik həcmi göstərilərək yüklülük verənin  razılığı ilə  bağlı xana işarələnir. ‘Müqavilə bağlanmamışdır’ seçildiyi təqdirdə sistem bildirişi, eyni şəkildə, qeyiyyata alır, lakin 30 təqvim günü ərzində müqavilə imzalanıb, bildirişə dəyişiklik edilərək ‘Müqavilə bağlanmışdır’ xanası işarələnib, müqavilə məlumatları girilməzsə avtomatik qaydada yüklülük bildirişinə xitam verir.

 

Yüklülük bildirişinin qeydiyyatında yüklülük sahibinin, yüklülük verənin və yüklülük verənlə fərqli olduğu təqdirdə borclunun məlumatları daxil edilməlidir.

 

                 Bunun üçün menyunun aidiyatı hissəsindən “Əlavə Et” düyməsi sıxılaraq əlavə etmək istədiyiniz şəxsin müvafiq məlumatlarını daxil edirsiz.  ‘Yüklülük verən əlavə et’ seçildikdə yüklülük verən və borclu eyni şəxs olduğu təqdirdə xananın işarələnməsi yolu ilə sistem eyni məlumatları borcalan məlumatlarına da qeyd edir.

 

Bildirişdə yüklülük sahibi və yüklülük verən qismində daxil olunacaq məlumatlar bitdikdən sonra irəli düyməsi sıxılır.

 

İrəli düyməsi sıxıldıqdan sonra bildiriş istifadəçinin ekranında əks olunur. ‘İmtina’ düyməsi  vasitəsilə icra edilmiş yüklülük bidlirişini sistemə daxil etməkdən imtina edə və ya qeydiyyata al düyməsi vasitəsilə qeydiyyata ala bilərsiniz.

 

Şəxsi kabinetin “İcra gözləyənlər’ menyusundan qeydiyyata alınmış bildirişə Reyestrə yerləşdirməzdən əvvəl baxmaq, səhv daxil edilmiş məlumatı dəyişmək üçün imkan verilir. Dəyişikliyə ehtiyac olmadıqda isə ‘Təsdiq’ düyməsi vasitəsilə ödəniş əməliyyatı seçilərək Reyestr tərəfindən əməliyyat növünə müvafiq təyin olunmuş məbləğ üzrə ödəniş edilir.

 

 Ödəniş bank kartı vasitəsilə onlayn rejimdə Və ya PrePaid qaydada həyata keçirilir. 

Ödəniş uğurla həyata keçirildikdən sonra sənəd bildiriş nömrəsi ilə Reyestrdə qeydiyyata alınır və qüvvədə olduğu müddətdə axtarış nəticəsində sistem tərərfindən göstərilir.

Bildirişin Reyestrə qeydə alınması barədə yüklülük sahibi və yüklülük verənin elektron poçt ünvanına  sistem tərəfindən məlumat göndərilir.

 

Reyestrə yerləşdirilmiş bildirişə  yüklülük sahibi tərərfindən dəyişiklik edilməsi və ya vaxtından əvvəl  xitam vermək , yüklülük verən (borclu) tərəfindən isə etiraz etmək hüququ verilir. Bu növ bildirişlərin yerləşdirilməsi üçün dəyişiklik ediləcək, xitam veriləcək bildiriş ‘Bildirişlərim’ menyusundan seçilir və ya ’Axtarış’ bölməsində axtarılır. Tapılan bildiriş üzərində qeyd edilən əməliyyatlardan biri icra edilərək yeni bildiriş nömrəsi ilə qeydə alınır. Dəyişiklik bildirişi üçün isə müvafiq məlumatlar əlavə edilir və dəyişdirilə bilən məlumatlarda dəyişiklik edilir. Yüklülük predmeti məlumatını dəyişdirir və qeydiyyata alır. Eyni mexanizmlə ödəniş olunaraq yeni bildiriş nömrəsi ilə Reyestrə daxil olunur. Yüklülük sahibi müxtəlif səbəblərdən yüklülüyə  vaxtından əvvəl xitam verərsə, xitam bildirşini qeydiyyata alır.

 

Yüklülük verən öhdəliyində olan yüklülük bildirişinə etiraz bildirişi yükləyə bilər. Yüklülük verən və ya borclu eyni qaydada Portalda qeydiyyatdan keçərək şəxsi kabinetinə daxil olur və Axtarış bölməsi vasitəsilə bildiriş nömrəsini və ya yüklülük verənin (borclunun) eyniləşdirmə məlumatını daxil edərək bildirişi tapıb üzərində etiraz et əməliyyatını seçərək bildirişə etiraz edir. Etiraz bildirişi də təsdiq olunduqdan sonra Reyestrə daxil olunur. Bununla bağlı istifadəçiyə elektron poçt vasitəsilə xəbərdarlıq edilir. Xitam və etiraz bildirişləri ödənişsizdir.