Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində yüklənilmiş bildirişlər üzrə axtarış aparmağın iki üsulu var.

  1. Qeydiyyatsız axtarış
  2. Şəxsi kabinetdən axtarış.

 

Qeydiyyatsız Axtarış:

Hər axtarış növü özü də iki parametrə görə axtarış etmək imkanı verir.

  1. Bildiriş nömrəsinə görə.
  2. Hesab növünə görə (VÖEN, FİN və s.)

Bildiriş nömrəsinə görə axtarış zamanı, axtardığınız bildirişin nömrəsini aidiyatı sahəyə qeyd edərək, axtar düyməsini klik edirsiniz. Əgər eyni nömrəli bildiriş sistemdə mövcuddursa axtarışın nəticəsi olaraq bildiriş görüntülənir. Əks halda isə daxil etdiyiniz göstəricilər üzrə yüklülük olmadığı haqda məlumat alacaqsınız.

Hesab növünə görə axtarışda ilk olaraq növ seçilir:

Daha sonra həmin növə görə eyniləşdirmə məlumatı daxil edilib (FİN,VÖEN və s.), axtarış düyməsinə klik edilir. Həmin eyniləşdirmə məlumatına görə nəticə olduğu halda ekrana çıxarılır (birdən çox olduğu təqdirdə tarix ardıcıllığı ilə sıralanır). Olmadığı təqdirdə isə həmin göstərici üzrə yüklülüyün olmadığına dair məlumat alırsınız.

 

Şəxsi kabinetdən axtarış üçün ilk öncə şaxsi kabinetə malik olmalısınız.

 Bunun üçün saytın yuxarı hissəsinin sağ tərfində yerləşən “Qeydiyyat” düyməsinə klik edib tələb olunan məlumatları doldurmağınız yetərlidir.

Qeydiyyatdan keçib, təsdiq maili aldıqdan sonra isə “Daxil ol” düyməsinə klik edib, istifadəçi adı və şifrə məlumatlarını daxil edərək, şaxsi kabinetə daxil olursunuz.

Sol tərəfdə yerləşən menyudan “Axtarış” klik edirsiniz.

Açılmış səhifədə eynilə bildiriş nömrəsinə görə və Hesab növünə görə axtarış imkanları var.

Axtarışın sonrakı prosesi yuxarıda qeyd edilənlərlə eynidir.