Daşınar Əmlakının Yüklülüyünün Dövlət Reyestri portalı yüklülük bildirişlərinin qeydiyyata alınması, dəyişdirilməsi, xitam verilməsi, etiraz edilməsi, yüklülük haqqında sorğuların verilməsi məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin verilənlər bazasına çıxışı təmin edir. Sayta www.mpcr.fimsa.az adresindən daxil olmaq mümkündür.

               

Portal informativ və interaktiv olmaqla iki hissədən ibarətdir. İnformativ hissədə Reyestr haqqında məlumat, Təlimat, Qanunvericilik, Tez tez verilən suallar və Əlaqə məlumatları kimi bölmələrdə Reyestrin məqsədi, iş mexanizmi,  Reyestrdən istifadə qaydaları, işin təşkilinin əsaslandığı qanunvericilik aktları, faydalı linklər və s. İnformativ materiallar yerləşdirilmişdir.

Portal istifadəçiyə geniş funksional seçimi təqdim edir:

  • İstifadəçinin qeydiyyatı və şəxsi kabinetin alınması;
  • İstifadəçi, qeydiyyatçı vəinzibatçı məlumatlarının dəyişdirilməsi-yenilənməsi;
  • İstifadəçi qeydiyyatçılarının əlavə edilməsi və ya çıxarılması;
  • Şifrənin bərpa edilməsi, dəyişdirilməsi;
  • Yüklülük bildirişlərinin axtarışı və nəzərdən keçirilməsi;
  • Bildirişin daxil edilməsi, dəyişdirilməsi, xitam verilməsi;
  • Yüklülük bildirişinə etiraz edilməsi;
  • Reyestrdən axtarış nəticələrinə dair çıxarışın əldə edilməsi;

Saytın əsas səhifəsində (şəkil 1) rahat və intuitiv formada reyestrin əsas menyusu və əlavə informativ materiallar yerləşdirilmişdir. Saytın əsas hissəsinin sağ tərəfində “Ana Səhifə”, “Haqqımızda”, “Təlimat”, “Hüquqi Sənədlər”, “FAQ” və “Əlaqə” bölmələri yerləşdirilmişdir. Mərkəzdə informativ xarakterli slaydlar və xəbərlər, Yuxarı-sağ paneldə şəxsi kabinetə giriş və qeydiyyat yer almışdır. Saytın ən aşağı hissəsində isə Faydalı linklər yerləşdirilib.

Şəkil 1

 

Portalın informativ menyusu aşağıdakılardan ibarətdir:

  • Əsas səhifə – Saytın ziyarətçilər üçün lazımi məlumatların öz əksini tapdığı əsas səhifəsidir;
  • Haqqımızda – Reyestr yaradılmasında zəruri amillər, məqsəd, və reyestr haqqında ictimai məəlumat;
  • Təlimat – Reyestr üzrə istifadəçi təlimatı, haqqlar, terminlogiya və s.;
  • Hüquqi sənədlər – Reyestrin normativ sənədləri, qanun və qaydalar;
  • FAQ – Tez- tez verilən suallar və onların cavabları;
  • Əlaqə – Əlaqə məlumatları və online müraciət;

Saytın funksionallığını ətraflı nəzərdən keçirək (şəkil 1)

 

 

  • “Şəxsi kabinet"
    • Fiziki şəxs
  • Hüquqi Şəxs
  • Əcnəbi
  • Xarici hüquqi şəxs
  • Daxili istifadəçi

 

                Qeydiyyatdan keçmək üçün hər müştəri tipi üçün aidiyyatı məlumat bölmələri doldurulmalıdır.

 

  1. Fiziki Şəxs

  • Fiziki şəxsin adı
  • Soyadı
  • Atasının adl
  • VÖENi (əgər sahibkarlıq fəaliyyəti vardırsa)
  • FİN - Fərdi identifikasiya nömrəsi
  • Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi
  • Telefon nömrəsi
  • Qeydiyyatda olduğu ünvan
  • Və Elektron poçt ünvanı (E-mail)

VÖEN xanasından başqa bütün xanaların doldurulması məcburidir. Vöen xanası sahibkarlıq fəaliyyəti olduğu halda məcburi olur.

FİN nədir və onu necə müəyyən etməli?

FİN kod –şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Yəni dövlət reyestrinə məlumatlar daxil edilərkən fərdi identifiksiya nömrəsindən istifadə olunur ki, bununla da daxil olan məlumatlar fərqləndirilir, təkrara yol verilmir və həmin məlumatlardan səmərəli istifadə edilir. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir. Bu, şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur. 

Bütün məlumatlar aidiyyatı xanalara daxil edildikdən sonra “Müraciət et” düyməsi klik edilir. Məlumatların doğruluğu və tamlığı yoxlanıldıqdan sonra sorğu reyestrin inzibatçısı tərəfindən təsdiq edilir. Təsdiq edildiyi halda sizin elektron poçt ünvanına istifadəçi ad və şifrəniz göndərilir ki, bu məlumatlarla artıq siz şəxsi kabinetinizə daxil ola bilərsiniz. Şəxsi kabinetə ilk dəfə daxil olduğunuz zaman sizdən şifrənin deyişilməsi tələb ediləcək. Bu təhlükəsizlik məqsədi daşıyır.

 

  1. Hüquqi Şəxs

  • Hüquqi şəxsin adı
  • VÖENi
  • Hüquqi ünvanı
  • Telefon nömrəsi
  • Elektron poçt ünvanı
  • Məsul şəxsin adı (Portalda inzibatçı olacaq şəxs)
  • Məsul şəxsin soyadı
  • Məsul şəxsin atasının adı
  • Məsul şəxsin FİN nömrəsi
  • Məsul şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrasi
  • Məsul şəxsin telefon nömrəsi
  • Məsul şəxsin elektron poçt ünvanı

Bütün məlumatlar aidiyyatı xanalara daxil edildikdən sonra “Müraciət et” düyməsi klik edilir. Məlumatların doğruluğu və tamlığı yoxlanıldıqdan sonra sorğu reyestrin inzibatçısı tərəfindən təsdiq edilir. Təsdiq edildiyi halda sizin elektron poçt ünvanına istifadəçi ad və şifrəniz göndərilir ki, bu məlumatlarla artıq siz şəxsi kabinetinizə daxil ola bilərsiniz.

  1. Əcnəbi

  • Adı
  • Soyadı
  • Pasport nömrəsi
  • Pasportu verən ölkə
  • Pasportun etibarlılıq müddəti
  • MYİ/DYİ – müvvəqqəti və ya daimi yaşayış izni vəsiqəsinin nömrəsi
  • Telefon nömrəsi
  • Elektron poçt ünvanı

Bütün məlumatlar aidiyyatı xanalara daxil edildikdən sonra “Müraciət et” düyməsi klik edilir. Məlumatların doğruluğu və tamlığı yoxlanıldıqdan sonra sorğu reyestrin inzibatçısı tərəfindən təsdiq edilir. Təsdiq edildiyi halda sizin elektron poçt ünvanına istifadəçi ad və şifrəniz göndərilir ki, bu məlumatlarla artıq siz şəxsi kabinetinizə daxil ola bilərsiniz.

 

 

  1. Xarici hüquqi şəxs

  • Tam hüquqi adı
  • Hüquqi ünvanı
  • Elektron poçt ünvanı
  • Telefon nömrəsi
  • Məsul şəxsin adı (Portalda inzibatçı olacaq şəxs)
  • Məsul şəxsin soyadı
  • Məsul şəxsin atasının adı
  • Məsul şəxsin passport nömrəsi
  • Məsul şəxsin telefon nömrəsi
  • Məsul şəxsin elektron poçt ünvanı

Bütün məlumatlar aidiyyatı xanalara daxil edildikdən sonra “Müraciət et” düyməsi klik edilir. Məlumatların doğruluğu və tamlığı yoxlanıldıqdan sonra sorğu reyestrin inzibatçısı tərəfindən təsdiq edilir. Təsdiq edildiyi halda sizin elektron poçt ünvanına istifadəçi ad və şifrəniz göndərilir ki, bu məlumatlarla artıq siz şəxsi kabinetinizə daxil ola bilərsiniz.