• Reyestrdə  necə qeydiyyatdan keçim? (Şifrəmi necə əldə edə bilərəm?)
    • Reyestrdə qeydiyyatdan keçmək üçün www.mpcr.fimsa.az  ünvanına daxil olaraq, saytın yuxarı sağ bölməsindən “Qeydiyyat” menyusuna daxil olub, tələb olunan məlumatları aidiyyatı xanalara doldurmağnız kifayətdir. Fiziki və ya Hüquqi şəxslər (Hüquqi şəxslərin məsul nümayəndəsi) qeydiyyatdan keçə bilər. Qeydiyyat ödənişsizdir.

 

  • Qeydiyyatdan keçdim lakin şəxsi kabinetə daxil ola bilmirəm?
    • Qeydiyyatdan keçdikdən sonra, daxil etdiyiniz məlumatların uyğunluğu yoxlanılaraq e-poçtunuza istifadəçi adı və şifrə məlumatları gələcəkdir. Bu məlumatları aldıqdan sonra şəxsi kabinetə daxil ola bilərsiniz. Proses bir neçə dəqiqə çəkə bilər.

 

  • Reyestrin video təlimatlarına hardan baxa bilərəm?
    • www.mpcr.fimsa.az ünvanında “Təlimat” menyusu altındakı “İstifadəçi Təlimatı” sub menyusundan videolara baxa bilərsiniz.

 

  • Banklarla inteqrasiya nəzərdə tutulubmu?
    • Bəli. Banklarla inteqrasiya işləri hələ davam etməkdədir.

 

  • Qanunda qeyd edilən üstünlük hüququ nə deməkdir. Üstünlük hüququnu necə qazana bilərəm?
    • Daşınar Əmlakın Yüklülüyü haqqında qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada  yüklülüyün 3-cü şəxslərə açıqlaması bu qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və üstünlük qaydalarına uyğun olaraq tələblərin ödənilməsi növbəliyinə təsir edir. Yəni yüklülük bildirişini reyestrə ilk daxil etmiş şəxs digərlərinə nisbətdə üstünlük əldə etmiş olur (qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla).

 

  • Şifahi razılaşmaya əsasən reyestrdə bildiriş qeyd etmək olarmı?
    • Bəli, mümkündür. Lakin 30 təqvim günü müddətində tərəflər arasında yazılı müqavilə bağlanmalıdır. Əks təqdirdə yüklülük bildirişi avtomatik ləğv ediləcəkdir.

 

  • Reyestrdə Nəqliyyat vasitələrinin yüklülüyünü qeydə salmaq olurmu?
    • Xeyr. Qanun Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızları yüklülük predmeti kimi istisna edir.

 

  • Yüklülük müqaviləsinin predmeti olan və heç bir fərqləndirici xüsusiyyəti olmayan əşyanı (əmlakı) reyestrdə necə qeydiyyata sala bilərəm?
    • Bəli daxil edilə bilər. Lakin təsvir bölməsində ətraflı şəkildə, maksimum fərqləndirməklə təsvir etməlisiniz.